“Zəfər yürüşü”nün qalibi: Yarışda birinci yeri tutduğum üçün qürur duyuram
Üzgüçülük yarışı çətin oldu. Çünki su soyuq idi. Buna baxmayaraq bütün qüvvəmi topladım və sonda birinci yeri tutdum. Yarışın qalibi olduğum üçün qürur duyuram.

Bunu jurnalistlərə açıqlamasında Zəngilanda keçirilən “Zəfər yürüşü”nün triatlon yarışının qalibi Toğrul Məmmədli söyləyib.

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin təşkilinin mühüm əhəmiyyət daşıdığını vurğulayan idmançı deyib: “Yarışa ciddi hazırlaşmışdım. Mütləq qalib gəlmək istəyirdim. Çünki bu turnir bizim üçün mühüm əhəmiyyət daşıyır. Düşmən işğalından azad edilmiş doğma Zəngilanımızda belə bir yarışda iştirak etmək hər birimiz üçün böyük fəxrdir”.

Qeyd edək ki, "Zəfər yürüşü" turnirinin triatlon yarışında idmançılar 300 metr məsafəyə üzgüçülük, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış mərhələlərində mübarizə aparıblar.

Xəbər 324 dəfə oxundu.