Azərbaycan üzgüçüləri Almaniyada dünya kuboku yarışlarında iştirak edəcəklər
Azərbaycan yığma komandasının üzvləri Almaniyada keçirilən üzgüçülük üzrə dünya kuboku yarışlarına qatılıblar.

Berlində təşkil olunan yarışda 57 ölkədən 600-dən çox idmançı öz gücünü sınayacaq.

Üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanovun rəhbərliyi altında turnirdə ölkəmizi Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah təmsil edəcəklər.

Turnirə oktyabrın 23-də yekun vurulacaq.

Xəbər 313 dəfə oxundu.