“Araz-Naxçıvan” klubunun UEFA Çempionlar Liqası üçün ilkin heyəti açıqlanıb
Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal klubu ilkin heyəti UEFA-ya göndərib.

19 nəfərlik heyətdə 3 qapıçı yer alıb. Cəzalı olduğuna görə bu mərhələdə iştirak etməyəcək Felipinyonun adı da iştirak ərizəsinə daxil edilib. Komanda elit-raunda yüksələcəyi təqdirdə futzalçı komandasına sonuncu görüşdə kömək edə biləcək.

Heyətdə qapıçılar - Mikael Deon, Emin Kürdov, Cavad Məmmədov, oyunçular - Kənan Manafov, Nurlan Mehdizadə, Pedro Torres, Ponçe, Ramiz Çovdarov, David Qustavo, Oktay Rüstəmli, Andreu Varqas, Vitao, Xəzər Ağalızadə, Vitinyo, Murad Quluzadə, Fərid Ələkbərov, Snesio, Lukas Matheus və Felipinyo yer alıblar.

Xəbər 220 dəfə oxundu.