“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov turniri ikinci pillədə başa vurub
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

37 yaşlı qrosmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov ikinci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən keçirilib və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.

Xəbər 224 dəfə oxundu.