AMADA "Mingəçevir reqatası-2022"də xüsusi stendlə təmsil olunub
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Suqovuşanda start götürən avarçəkmə üzrə "Mingəçevir reqatası-2022"də xüsusi stendlə təmsil olunub.

Stenddə yerli və əcnəbi idmançılara agentlik haqqında, həmçinin antidopinq qaydaları, qadağan edilmiş dərmanlar və sağlam idmanın təbliği istiqamətində geniş məlumat verilib.

İdmançılar AMADA tərəfindən hazırlanmış əyləncəli testdə iştirak ediblər.

Stendi ziyarət edənlərə AMADA tərəfindən hədiyyələr təqdim olunub.

Xəbər 331 dəfə oxundu.