Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb
Beynəlxalq Boks Assosiasiyası yeni reytinq cədvəlini açıqlayıb.

25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə açıqlanan siyahıda Azərbaycanın yeddi boksçusu yer alıb. Belə ki, milli komandanın heyətində ən yaxşı nəticə dünya çempionu, Avropa Oyunlarının qalibi, Tokio Olimpiadasının bürünc medalçısı Alfonso Dominqesə məxsusdur. O, 86 kiloqram çəki dərəcəsində dünyanın ikinci ən güclü boksçusudur. Dominqesin aktivində 2000 xalı var.

Yığma üzvü çəkisi 80 kiloqram çəki dərəcəsində olan idmançıların reytinqində də yer alıb. Olimpiya Oyunlarında bürünc medalı 81 kiloqramda qazanan milli üzvü bu siyahıda 1300 xalla dördüncü pillədə qərarlaşıb.

Dünya çempionatında üçüncü yeri tutan Sərxan Əliyev (71 kq) də öz çəki dərəcəsində dördüncü yerdədir. O, 1300 xala malikdir. Mindialın digər bürünc medalçısı Məhəmməd Abdullayev (+92 kq) komanda yoldaşı ilə eyni xala sahibdir və yeddinci pillədədir. O, bu yeri qazaxıstanlı Kamşibek Kunkabayevla birgə bölüşür.

Siyahıda ümumilikdə 120 ölkə yer alıb. Azərbaycan komanda olaraq bu siyahıda 30-cu pilləni tutur və aktivində 7400 xalı var. Cədvələ isə 34950 xalla ABŞ başçılıq edir.

Qeyd edək ki, Beynəlxalq Boks Assosiasiyasında reytinq cədvəli uzun müddətdən sonra bərpa olunub.

Xəbər 258 dəfə oxundu.