Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Portuqaliya ilə oyunlara hazırlaşır | |
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasını gərgin oyunlar gözləyir. Həndbolçularımız 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak edəcək. Demək olar ki, bütün diqqət həmin yarışa hazırlıq üzərində cəmləşib. Çingiz Əzimovun rəhbərliyi ilə fəal sürətdə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır. Xatırladaq ki, püşkatmanın nəticəsinə görə millimiz ilkin mərhələdə Portuqaliya komandası ilə qarşılaşacaq. Hər iki oyun rəqib meydanında keçiriləcək. Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin “Multiusos de Paredes” arenasında təşkil olunacaq. |
|
Xəbər 262 dəfə oxundu. |
|
|