“Kəpəz” heyətinə yeni qatdığı qapıçı Mario Mustapiçlə yollarını ayıra bilər
Gəncənin “Kəpəz” klubu bir müddət əvvəl heyətinə qatdığı qapıçı Mario Mustapiçlə yollarını ayıra bilər.

Xorvatiyalı qolkiperin keçidi ilə bağlı problem yaranıb. Mustapiçin transfer vərəqinin gəlib çıxmamasına görə Gəncə klubu hələ də futbolçunu qeydiyyatdan keçirə bilməyib. Onun son klubu “Rudes” prosesi gecikdirir. Bu səbəbdən 22 yaşlı qapıçı Peşəkar Futbol Liqasına sifariş edilməyib. Əgər bir həftə ərzində də problem həll olunmasa klub qapıçı ilə yollarını ayırmalı olacaq.

Xəbər 196 dəfə oxundu.