Azərbaycan millisinin futzalçısı karyerasını Qazaxıstanda davam etdirəcək
Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.

31 yaşlı qolkiper "Atırau" klubuna keçib. O, icarə əsasında Qazaxıstan komandasında çıxış edəcək.

Qeyd edək ki, R.Hüseynli daha əvvəl Rusiyanın "Torpedo" klubunun formasını geyinib.

Xəbər 209 dəfə oxundu.