Ağır Atletika üzrə Avropa birinciliyi: İdmançımız beşinci yerlə kifayətlənib
Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ədək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Oktyabrın 18-də “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi Ravin Alməmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 67 kiloqram çəki dərəcəsində yarışıb. İdmançımız birdən qaldırma hərəkətində 125 kiloqramı ram edərək bu hərəkətdə beşinci yeri tutub. O, təkanla qaldırma hərəkətində 157 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə dördüncü pillədə qərarlaşıb. Toplam 282 kq (125+157) nəticə göstərən Ravin Alməmmədov yekun sıralamada beşinci olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan yığma komandasının üzvü Tehran Məmmədov yaşı 20-dək olan idmançılar arasında 61 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş, təkanla qaldırma hərəkətində bürünc, yekun sıralamada isə gümüş medal qazanıb.

Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edır.

Xəbər 314 dəfə oxundu.