“Qaracalar kikboksing klubu” Gürcüstan çempionu olub
Tbilisidə kikboksinq üzrə Gürcüstan Çempionatı keçirilib.

Gürcüstan Kikboks və Tai-Boksinq Federasiyasının təşkilatçılığı ilə keçirilən birincilikdə ölkənin müxtəlif şəhər və bələdiyyələrdən idmançılar iştirak ediblər.

Azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun "Qaracalar kikboksing klubu"nun yetirmələri yarışmada daha çox uğur qazanıblar.

Fərdi göstəricilərə görə klubun 8 yetirməsi müxtəlif çəki dərəcəsində birinci, 5 idmançısı isə ikinci yerə layiq görülüblər.

Komandalar arası göstəricilərə görə, “Qaracalar kinkboksing klubu” qalib olaraq Gürcüstan çempionu adına layiq görülüb.

Klubun yetirməsi Emil Xəlilov "Wako Avropa" çempionatının lisenziya mərhələsinə vəsiqə əldə edərək Gürcüstanı 63 kq çəki dərəcəsində təmsil edəcək.

Qeyd edək ki, klubun baş məşqçisi 2018-ci ildə Avropa çempionu olaraq ilk rəsmi peşəkar kəməri vətənə gətirmiş İsfahan Əliyevdir.

Xəbər 309 dəfə oxundu.