“Sabah” klubu Azərbaycan Premyer Liqasında 20-ci ev qələbəsini qazanıb
“Sabah” klubu Azərbaycan Premyer Liqasında 20-ci ev qələbəsini qazanıb. Yubiley “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Azərbaycan Premyer Liqasının X turunun matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. “Sabah” 20-ci qələbəsini 57-ci oyununda əldə edib.

Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail” və “Bakılı”ya çatıb.

Qeyd edək ki, “Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.

Xəbər 242 dəfə oxundu.