“Araz-Naxçıvan” klubu Qazaxıstanın “Kayrat” komandası ilə yoldaşlıq oyunları keçirəcək
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal klubu turnirə hazırlıq məqsədilə iki yoldaşlıq oyunu keçirəcək.

Azərbaycan çempionu Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.

Oyunlar oktyabrın 21-də və 22-də baş tutacaq.

Bu üzdən ölkə çempionunun Yüksək Liqanın dördüncü turunda “Neftçi” ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər 219 dəfə oxundu.