Dünya çempionatı: Şahmatçılarımız liderliklərini davam etdirirlər | |
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir. Turniri davam etdirən şahmatçılarımız Gövhər Beydullayeva (4,5 xal) beşinci turda qələbə qazanıb, Abdulla Qədimbəylinin (4 xal) oyunu isə heç-heçə ilə başa çatıb. Komandamızın digər üzvləri - Ləman Hacıyeva daha bir qələbə qazanaraq xallarının sayını 3-ə çatdırıb, Məhəmməd Muradlı isə məğlub olub. Onun aktivində 2 xal var. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir. |
|
Xəbər 311 dəfə oxundu. |
|
|