"Sabah" "Zirə"yə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

"Sabah" evdə "Zirə"ni qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Emmanuel Apeh vurub. 84-cü dəqqiqədə qonaqlardan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 16 xalı olan "Zirə" isə 4-cü sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki iki oyununda "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" isə səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Xəbər 198 dəfə oxundu.