İtaliyanın “Verona” klubunun yeni baş məşqçisi müəyyənləşib
İtaliyanın “Verona” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

A Seriyası təmsilçisi Salvatore Bokkettiyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır. Otuz beş yaşlı Bokketti bir neçə gün öncə istefaya göndərilmiş Qabriele Çoffini əvəz edib. 47 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

“Verona” A Seriyasının geridə qalan 9 turunda cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

S.Bokketti ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək.

Xəbər 191 dəfə oxundu.