“Şiddət və zorakılığa qarşı özünümüdafiə” adlı seminar keçirilib
Azərbaycan Vinq Çun Federasiyasının və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə "Şiddət və zorakılığa qarşı özünümüdafiə" adlı seminar keçirilib.

Universitetin idman zalında təşkil olunan seminar federasiyasının prezidenti Asif Sayadovun rəhbərliyi altında və peşəkar məşqçilər Arzuman Rəsulzadə və Elsever Zülfiyev, o cümlədən təlimatçılar Şahanə Lütfəliyeva və Rəhman Piriyev tərəfindən aparılıb.

Seminar iştirakçılarına özünümüdafiə sistemi olan vinq çun haqqında nəzəri və praktiki məlumatlar verilib.

Xəbər 203 dəfə oxundu.