Güc idman növləri üzrə Azərbaycan kuboku yarışına start verilib
Oktyabrın 15-də Bakı Su İdmanı Sarayında güc idman növləri üzrə Azərbaycan kuboku yarışına start verilib.

Azərbaycan Stronqmen Federasiyasının (ASF) təşkilatçılığı keçirilən turnirdə idmançılar “strict curl” və “streetlifting” üzrə yarışlarda güclərini sınayacaqlar.

Yarışın ilk günündə "strict curl" üzrə idmançılar medallar uğrunda mübarizə aparırlar.

Gənclər, böyüklər və veteranlar kateqoriyasi üzrə təşkil olunan yarışda Bakı ilə yanaşı, Gəncə, Qəbələ, Tovuz, Mingəçevir, Yevlax, Şəki və digər bölgələrdən 100-dən artıq idmançı mübarizə aparır. Yarışda müxtəlif kateqoriyalar üzrə respublika və şəxsi rekordlar müəyyənləşib.

Yarışın baş hakimi pauerliftinq üzrə üçqat Avropa və dünya çempionu, idman ustası, ASF-in nəzdində “Strict curl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə, baş katib isə federasiyanın prezidenti Bəxtiyar Quliyevdir.

Yarış noyabrda Qırğızıstanda keçiriləcək dünya kuboku turnirinə təsnifat xarakteri daşıyır.

Ölkə kubokuna oktyabrın 16-da "streetlifting" üzrə yarışla yekun vurulacaq.

Xəbər 210 dəfə oxundu.