Güc idman növləri üzrə Azərbaycan kuboku yarışında 100-dən artıq idmançı mübarizə aparacaq
Oktyabrın 15-16-da Bakı Su İdman Sarayında güc idman növləri üzrə Azərbaycan kuboku yarışı keçiriləcək.

Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı keçiriləcək çempionatda idmançılar “strict curl” və “streetliftinq” üzrə yarışlarda güclərini sınayacaqlar.

Çempionatda Bakı ilə yanaşı, Gəncə, Qəbələ, Tovuz, Mingəçevir, Yevlax, Şəki və digər bölgələrdən 100-dən artıq idmançı medallar uğrunda mübarizə aparacaq.

Xəbər 269 dəfə oxundu.