AFC ASED liqasının rəhbəri Turan Qulamzadə yeni uğura imza atıb
Azərbaycanın MMA üzrə “ASED Fighting Championship” (AFC ASED) liqasının rəhbəri Turan Qulamzadə yeni uğura imza atıb.

Həmyerlimiz dünyanın tanınmış menecment şirkəti “Underdog”un və Asiyada “Top-3”də yer alan Qazaxıstanın ən nüfuzlu liqası olan “Octagon”un Azərbaycan üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, 2018-ci ildən fəaliyyətə başlayan AFC ASED Dünya MMA Federasiyasının (WMMAF) Azərbaycanda rəsmi nümayəndəsidir. T.Qulamzadə əlbəyaxa döyüş növləri üzrə dünya çempionu, Azərbaycan çempionatının dəfələrlə qalibi və idman ustasıdır.

Xəbər 213 dəfə oxundu.