On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Latviyada keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 16-dan 19-dək Bakı şəhərində təlim-məşq toplanışına qatılacaq. Hazırlıq prosesində və Avropa çempionatında futbolçularımız Mehriban Şahməmmədova, Güləsər İsmayılova, Aydan Həsənova, Şəkər Piriyeva, Lalə Abbaszadə, Səma Həsənli, Aysu Murtuzayeva, Fatimə Əhmədova, Fatimə Məhərrəmli, Pərişan Abdullayeva, Məsumə Nəzərli, Röya Əilyeva, Vahidə Əlipaşayeva, Fidan Abışova, Ləman Əliyeva, Aysel Cumayeva, Aydan Əkbərova, Ülviyyə İslamova, Xanım Mirzəzadə, Aysel Ziyadova iştirak edəcəklər.

Xəbər 345 dəfə oxundu.