Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinin ikinci qarşılaşmaları keçiriləcək
Oktyabrın 15-də Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinin ikinci qarşılaşmalarına start veriləcək.

Turnir nazirliyin və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq.

Oktyabrın 16-dək davam edəcək turun ikinci qarşılaşmaları turnirin rəsmi yutub kanalında canlı yayımlanacaq.

Xəbər 267 dəfə oxundu.