Bu gün şahmatçılarımız dünya çempionatında dördüncü turda mübarizə aparacaqlar
italiyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Bu gün şahmatçılarımız dördüncü turda mübarizə aparacaqlar. Kişilərin turnirində liderlər qrupunda yer alan Abdulla Qədimbəyli (3 xal) Almaniya təmsilçisi Frederik Svanla görüşəcək, yarışdakı digər təmsilçimiz Məhəmməd Muradlı (1 xal) isə xorvatiyalı Borna Kotiklə qarşılaşacaq.

Qızların yarışında ilk üç turu qələbə ilə başa vuran Gövhər Beydullayeva (3 xal) ukraynalı Yelizavetta Hrebenşikova ilə mübarizə aparacaq, xalsiz olan şahmatçımız Ləman Hacıyeva avstraliyalı Jodi Modeltonla üz-üzə gələcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Xəbər 228 dəfə oxundu.