UEFA Avropa Liqası: “Qarabağ” - “Olimpiakos” oyununda qalib müəyyənləşməyib
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alıblar.

“Olimpiakos”un heyətində isə meydana Aleksandros Pasxalakis, Şime Vrsalko, Andreas Buxalakis, Pyer Kunde, Sokratis Papastatopulos, Marius Vrusai, Hvan İy Co, Pep Biel, Oleq Ryabçuk, Abubakar Kamara və Andreas-Rixardos Ntoi çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

“Qarabağ” G qrupunda 7 xalla ikinci, hesabında 1 xal olan Pirey təmsilçisi sonuncu pillədədir.

Qrupun digər görüşündə Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağı olub. Almaniya klubu rəqibini 4:0 hesabı ilə məğlub edib.

G qrupuna 12 xalla “Frayburq” klubu başçılıq edir. “Nant” isə 3 xalla üçüncü pillədə yer alıb.

Xəbər 246 dəfə oxundu.