Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq yarışda ölkəmizi təmsil edəcək.

Qazaxıstanın Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova bacarıqlarını göstərəcəklər.

Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirəsinə həsr olunacaq beynəlxalq turnir oktyabrın 15-dən 17-dək davam edəcək.

Xəbər 226 dəfə oxundu.