“Partizan”dan növbəti qələbə | |
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Neftçi”nin səfərdə bərabərə (0:0) qaldığı “Partizan” Serbiya birinciliyində növbəti oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, Belqrad klubu evdə “Sloboda Point”lə qarşılaşıb. “Partizan” rəqibinə heç bir şans verməyib. Serbiya çempionu qonaqların qapısından 5 cavabsız top keçirib. Marko Sçepoviçin dubl etdiyi qarşılaşmada Markoviç, Ninkoviç və İvanov hərəyə 1 dəfə fərqləniblər. Qeyd edək ki, 6 turdan sonra cəmi 1 məğlubiyyəti olan “Partizan” 15 xalla turnir cədvəlinə başçılıq edir. |
|
Xəbər 1217 dəfə oxundu. |
|
|