Azərbaycan idmançısı sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb | |
Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb. A finalda 17 idmançı ilə mübarizə aparan avarçəkənimizi dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan D.Dimçenko fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, D.Dimçenko 2018-ci və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub. |
|
Xəbər 316 dəfə oxundu. |
|
|