AFFA rəsmiləri “Avro-2024”ün püşkatma mərasimində iştirak edəcəklər
Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki, “Festhalle” sərgi mərkəzində futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.

Xəbər 209 dəfə oxundu.