Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışının püşkü atılıb
Noyabrın 5-6-da ölkəmizdə ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq yarışda Serbiyada baş tutmuş son dünya çempionatında ilk “5-lik”də yer alan milli komandalarla yanaşı, dünya yığması (all star) iştirak edəcək. Dünya Güləş Birliyi tərəfindən püşkatma mərasimi keçirilib və 6 iştirakçı 2 qrupa bölünüb.

Azərbaycan millisi B qrupunda Serbiya və dünya yığması ilə mübarizə aparacaq. A qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.

Reqlamentə əsasən, noyabrın 5-də qrup mərhələsinin görüşləri baş tutacaq. Qruplarda 1-ci yeri tutan komandalar finala yüksələcək. İkinci pillədə qərarlaşan komandalar isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanacaqlar. Həlledici qarşılaşmalar noyabrın 6-da keçiriləcək.

Xəbər 223 dəfə oxundu.