Futzal üzrə Azərbaycan-Polşa qarşılaşması başlayıb
Bakı İdman Sarayında futzal üzrə Azərbaycan-Polşa qarşılaşması başlayıb.

Azərbaycan yığmasının heyətində Emin Kürdov, Cavad Məmmədov, Rövşən Hüseynli, Hadi Əhmədi, Qallo, Amir Şojai, Amadeu, Xətai Bağırov, Rafael Vilela, Oktay Rüstəmli, Fineo, İsa Atayev, Fərid Ələkbərov və Bolinya yer alıb.

Polşa komandasında isə Mixal Kaluja, Bartlomey Navrat, Mixal Kubik, Mateuş Mrovets, Tomaş Krezel, Yakob Raşkovski, Katsper Sendlevski, Mikolay Zastavnik, Kamil Surmyak, Sebastyan Leşak, Ravel Kaniyevski, Kamil Roll, Mixail Lyaus və Rajmund Siekla mübarizə aparır. Yarışı Aslan Qalayev, Talqat Kosmuxambetov, Turexam Tursumbayev (Qazaxıstan) idarə edirlər.

Qeyd edək ki, bundan əvvəl Polşa komandası Yunanıstan yığmasına 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 289 dəfə oxundu.