Premyer Liqa: “Zirə” “Şamaxı”nı məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Günün yeganə oyununda “Zirə” “Şamaxı”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik “Şamaxı” isə sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, IX turun “Səbail” – “Sumqayıt”, “Neftçi” – “Turan Tovuz” matçları oktyabrın 8-də, “Qəbələ” – “Qarabağ”, “Sabah” – “Kəpəz” görüşləri isə oktyabrın 9-da olacaq.

Xəbər 263 dəfə oxundu.