“Azərbaycan Budo-yapon döyüş sənətləri festivalı” təşkil olunacaq
Oktyabrın 8-də Bakı İdman Sarayında ölkəmizdə bir çox yapon döyüş idman sənətini bir araya gətirəcək “Azərbaycan Budo-yapon döyüş sənətləri festivalı” təşkil olunacaq.

Tədbir Yaponiya ölkəmizdəki səfirliyi və bir sıra federasiyaların birgə təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə keçirilir.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən yapon döyüş növlərini təmsil edən federasiya və klublardan 70 nəfərədək idmançı çıxış edəcək.

Festivalda karate, parakarate, cüdo, paracüdo aikido, kendo, ciu-citsu kimi yapon döyüş sənətləri üzrə nümunəvi çıxışlar, yapon mədəniyyəti və idman növləri ilə bağlı stendlər nümayiş olunacaq.

Xəbər 221 dəfə oxundu.