“Qarabağ” növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb | |
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb. Bu "Qarabağ"ın Avropa Liqasının G qrupunun III turunda Yunanıstanda "Olimpiakos" üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib. Bu mövsüm üzrə xal sayını 3.000-ə, son 5 mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,250 xalı var. |
|
Xəbər 219 dəfə oxundu. |
|
|