Beyləqanda yeniyetmələr arasında cüdo üzrə region birinciliyi keçirilib
Beyləqan şəhərində yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib.

Beyləqan Olimpiya İdman Kompleksində baş tutan yarışda oğlanlar arasında 8, qızlar arasında isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Yarışda Aran-Mil-Muğan regionunu təmsil edən 9 komandadan 101 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Qızlar arasında Nurcahan Səlimova (36 kq), Rəvanə İsmayılova (40 kq), Nərgiz Şıxməmmədova (44 kq), Nuray Ağazadə (57 kq), Fatimə Əmrəliyeva (63 kq), oğlanların yarışında isə Nihat Mövlazadə (46 kq), İlkin Rzazadə (50 kq), İbrahim Əliyev (55 kq), Elvin Rəşidov (60 kq), Həsən Xəlilov (66 kq), Turan Rüstəmov (73 kq), Orxan Əhmədzadə (81 kq), Ramal Cavadov (90 kq) birinci yerləri tutublar.

Xəbər 229 dəfə oxundu.