Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinatlar alıb
Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinatlar alıb.

İsgəndər Əsgərov əvvəlcə qadınlardan ibarət klubların Federasiyanın Avropa Liqası kuboku uğrunda turnirinin ikinci təsnifat mərhələsində Türkiyənin “Yalıkavakspor” və Danimarkanın “Nükobinq Falster” komandalarının görüşündə AHF-nın nümayəndəsi olacaq.

Sözügedən qarşılaşma oktyabrın 9-da Türkiyənin Bodrum şəhərinin “Binnaz Karakaya” idman sarayında keçiriləcək.

Ardınca isə İsgəndər Əsgərov kişi həndbolçuların 2024-cü il Avropa çempionatının ikinci təsnifat mərhələsinin Türkiyə - Şimali Makedoniya matçına təyinat alıb. O, oktyabrın 16-da Van şəhərində keçiriləcək oyunda da AHF nümayəndəsi olacaq.

Qeyd edək ki, 1994-cü ildən beynəlxalq dərəcəli hakim statusu daşıyan İsgəndər Əsgərov, 2010-cu ildən Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edir.

Xəbər 269 dəfə oxundu.