“Paris-2024” Olimpiya Oyunlarının marafon marşrutu açıqlanıb
“Paris-2024” Olimpiya Oyunlarının marafonu açıqlanıb.

“Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsi (COJO) oyunların marafonunun marşrutunu açıqlayaraq, onun tarixə düşəcəyini bildirib. Qeyd edilib ki, 2024-cü il avqustun 10 və 11-də baş tutacaq “Paris 2024” Olimpiya Oyunları marafonu Paris-Versal marşrutu ilə keçiriləcək. Belə ki, Olimpiya marafonu Paris şəhər meriyasının qarşısından başlayaraq, Versal sarayından keçərək, “İnvalides” hərb muzeyinə çatacaq.

Marafon Fransa paytaxtının ən gözəl tarixi abidələrini dolanacaqlar. Paris şəhər meriyası qarşısında yola düşəcək marafon Rivoli və Luvr küçələrindən keçərək, “Opera Garnier” opera binasına gələcək. Daha sonra Vandome meydanını dolaşıb, La Paix küçəsi ilə Karrusel və Luvr qarşısında piramidalara gələcək. Stratda olan 160 idmançının 80-ni kişi, 80-ni qadın idmançılardır. Marafaonçular Sena çayının sahili ilə Konkord və Alma körpülərini keçərək Trokaderaya gələcəklər. Eyfel qülləsini keçdikdən sonra Bulony-Billankurdan keçərək Versal sarayına doğru irəliləyəcəklər.

Marafon marşrutunun Fransa tarixi abidələrini keçməklə təşkil edilməsi idman tarixini Fransa tarixinin bir hissəsi kimi təqdim etmək məqsədi daşıyır. Marafon marşurutunun enişli-yoxuşlu olacağı bildirilərək, onun heç də asan olmayacağı qeyd edilir.

Xəbər 204 dəfə oxundu.