Millimizin Avropa çempionatının ilkin seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib
On yeddi yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.

Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 4-cü qrupunda Slovakiya və Latviya komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Latviyada keçiriləcək.

Millimiz oktyabrın 23-də Latviya yığması ilə qarşılaşacaq. Matçın baş hakimi ingiltərəli Lisa Benn olacaq. Ona Sofie Dennington (İngiltərə) və Line Cathrine Nymoen (Norveç) kömək edəcəklər. Dördüncü hakim funksiyasını norveçli Emilie Torkelsen yerinə yetirəcək.

Oktyabrın 26-da Azərbaycan – Slovakiya matçı keçiriləcək. Qarşılaşmanın baş hakimi ukraynalı Anastasiya Romanyuk olacaq. Oleksandra Vdovina (Ukrayna), Sofie Dennington və Lisa Benn (İngiltərə) də oyuna təyinat alıblar.

Xəbər 240 dəfə oxundu.