“Sevilya” klubu baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib
İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

İspaniya təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə Dortmund “Borussiya”sına 1:4 hesabı ilə uduzmasından sonra bu qərar açıqlanıb.

“Sevilya” Çempionlar Liqasının G qrupunda 1 xalla 3-cü pillədə qərarlaşıb. Komanda La Liqada isə 5 xalla 16-cı yerdədir.

Xatırladaq ki, X.Lopeteqi 2019-cu ilin iyunundan “Sevilya”nı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2019/2020-ci il mövsümündə Avroliqanın qalibi olub.

Xəbər 247 dəfə oxundu.