Azərbaycanın U-19 komandası monteneqrolu həmyaşıdlarına məğlub olub
On doqquz yaşadək qız futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib.

Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda Monteneqro yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində 17-ci dəqiqədə Edanur Mutlu fərqlənib.

Komandamız qrup mərhələsində növbəti oyununu oktyabrın 7-də Kipr yığmasına qarşı keçirəcək.

Xəbər 215 dəfə oxundu.