Bakıda hazırlığı davam etdirən millimizin heyətinə daha 2 futzalçı dəvət olunub
Bakıda təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin heyətinə daha 2 futzalçı dəvət olunub.

Karyerasını Belçikanın “Beşiktaş Gent” klubunda davam etdirən Xətai Bağırov və İsa Atayev oktyabrın 5-də komandanın hazırlığına qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də dünya çempionatının əsas mərhələsi çərçivəsində Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq. Bu matçdan 4 gün sonra komandamız Afinada Yunanıstan millisi ilə üz-üzə gələcək.

Xəbər 230 dəfə oxundu.