Səudiyyə Ərəbistanı 2029-cu ildə Asiya Qış Oyunlarına ev sahibliyi edəcək
Səudiyyə Ərəbistanının şimal-qərbindəki Noem şəhərinin Trojena kurortu 2029-cu ildə Asiya Qış Oyunlarına ev sahibliyi edəcək.

Bu məlumatı Krallığın idman naziri, bu ölkənin Milli Olimpiya Komitəsinin sədri şahzadə Əbdüləziz bin Turki Al Faysal tviter səhifəsində paylaşıb.

Səudiyyə Ərəbistanının namizədliyi Kambocada keçirilən Asiya Olimpiya Şurası (OCA) Baş Assambleyasının iclasında təsdiqlənib. Qış Oyunları ilə yanaşı, Krallığın İdman Nazirliyi Ər-Riyadda OCA-nın regional ofisinin fəaliyyətə başlayacağını da bəyan edib.

Qırmızı dənizə yaxın, Akaba körfəzinin sahilində yerləşən Trojena kurortu xizəkçilik və digər qış idman növləri üçün yaxşı şəraitə malikdir. Səudiyyə Ərəbistanı hökuməti 2026-cı ilədək burada mükəmməl dağ-xizəkçilik kompleksi yaratmağı nəzərdə tutur.

Xəbər 212 dəfə oxundu.