Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir davam edir
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə 28-ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnirin üçüncü oyun günündə daha iki görüş keçirilib.

ilk qarşılaşmada “Olimpik Şəki” basketbolçuları “Zirvə Astara” komandasına 111:104 hesabı ilə qalib gəliblər. Növbəti oyunda isə “Gəncə” və “Neftçi” klubları üz-üzə gəlib. Görüşə fəal başlayan Gəncə komandası rəqibini 113:74 hesabı ilə məğlub edib.

Qeyd edək ki, oktyabrın 5-də turnirin yarımfinal oyunları keçiriləcək. Bu mərhələdə NTD – “AAAF Xırdalan”, “Gəncə” – “Zirvə Astara” görüşləri oynanılacaq.

Xəbər 246 dəfə oxundu.