UEFA Gənclər Liqası: “Qəbələ” klubu bu gün cavab oyununa çıxacaq
UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” klubu turnirin birinci mərhələsinin cavab oyunları çərçivəsində bu gün Xorvatiyanın “Hayduk” komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda saat 17:00-da təşkil olunacaq oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Arda Kardeşler olacaq. Ona Mehmet Emin Tugral və Süleyman Özay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Komandalar arasında Xorvatiyada təşkil olunan ilk oyunda komandamız 0:3 hesabı ilə məğlub olub.

Xəbər 192 dəfə oxundu.