Bu gün Azərbaycanın U-19 komandası Xorvatiyada monteneqrolu həmyaşıdları ilə qarşılaşacaq
On doqquz yaşadək qız futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək.

Komandamız Monteneqro yığması ilə qarşılaşacaq. Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçiriləcək, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq qarşılaşmanın hakimləri müəyyənləşib.

Matçın baş hakimi niderlandlı Marisca Overtoom olacaq. Ona Diana Snoeren (Niderland) və Ivona Pejic (Xorvatiya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Jelena Kumer yerinə yetirəcək.

Xəbər 201 dəfə oxundu.