IV Dünya Köçəri Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyəti Vətənə qayıdıb
Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyəti oktyabrın 3-də Vətənə qayıdıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təmsilçilərimiz mötəbər yarışda milli idmanın 12 növündə alış güləşi (2 növdə), kəmər güləşi, mas-restlinq, koreş, aşırtmalı aba güləşi, kapışmalı aba güləşi, pəhləvan güləşi, milli oxatma, yağlı güləş, kuraş, Qazax güləşində təmsil olunublar.

Azərbaycan idmançıları IV Dünya Köçəri Oyunlarını 21 medalla başa vurublar. Belə ki, bunlardan 5-i qızıl, 8-i gümüş, 8-i isə bürünc medaldır.

Qeyd edək ki, Dünya Köçəri Oyunları 2014-cü ildən keçirilir.

Xəbər 228 dəfə oxundu.