Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb
Azərbaycan Cüdo Federasiyasının (ACF) iki hakimi B kateqoriyalı beynəlxalq status alıb.

Bəhriyyə Hüseynova və Elşad Əsədov Sloveniyanın Sele şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunmuş imtahandan uğurla keçiblər.

Onlar ilkin olaraq nəzəri hissəyə dair, daha sonra oktyabrın 1-də və 2-də keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.

Qeyd edək ki, bu il federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyası qazanıb.

Xəbər 198 dəfə oxundu.