UEFA “Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı barədə paylaşım edib
UEFA növbəti dəfə Ağdamın “Qarabağ” klubu ilə bağlı paylaşım edib.

UEFA Avropa Liqasının rəsmi tviter səhifəsində Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb.

Paylaşımda Ağdam klubunun ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın sonuncu turunda “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Xəbər 233 dəfə oxundu.