Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atıb
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Haaland Premyer Liqa tarixində yeni rekorda imza atıb.

22 yaşlı forvard buna evdə “Mançester Yunayted”lə görüşdə (6:3) 3 qol vurmaqla nail olub. Haaland nəticədə ardıcıl 3 ev oyununda het-trik edib. O, daha əvvəl “Nottinqem Forest” və “Kristal Pelas”la matçlarda 3 dəfə qapını dəqiq nişan alıb. Bununla da Haaland Premyer Liqanın ardıcıl 3 ev oyununda het-trik edən ilk futbolçu olub.

Qeyd edək ki, Haaland bu ilin yayından “Mançester Siti”də oynayır.

Xəbər 203 dəfə oxundu.