“Səbail” klubu Premyer Liqada 100-cü ev qolunu buraxıb
“Səbail” klubu Premyer Liqada 100-cü ev qolunu buraxıb. Bu, “Qəbələ” ilə qarşılaşmaya təsadüf edib.

Azərbaycan Premyer Liqasının VIII turunun görüşünün son dəqiqəsində “100”ə çatan paytaxt klubunu Ülvi İsgəndərov məyus edib. O, meydan sahiblərinin qapısından 100-cü topu keçirib.

“Səbail” evdəki 71-ci qarşılaşmada buna üzülüb. Bakı təmsilçisi ölkə çempionatları tarixində 100 və daha çox qol buraxan 20-ci komanda olub.

Qeyd edək ki, “Səbail” “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.

Xəbər 268 dəfə oxundu.