Azərbaycan gimnastları açıq Böyük Britaniya çempionatında uğurla çıxış ediblər
Azərbaycan idmançıları Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut və tamblinq gimnastikası üzrə açıq ölkə çempionatında uğurla çıxış ediblər.

Yarışda yığma komandamızın üzvləri, batutçular Maqsud Mahsudov və Selcan Mahsudova qızıl, Hüseyn Abbasov (batut gimnastikası) və Tofiq Əliyev (tamblinq) isə bürünc medala sahib olublar.

Xəbər 219 dəfə oxundu.